Türkiyənin Van şəhərində mikroavtobusla avtomobil toqquşub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 19 nəfər yaralanıb.
Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım maşınları cəlb olunub.
Yaralılar Van və Erciş xəstəxanalarına aparılıb. Xəsarət alanların vəziyyətinin qənaətbəxş olduğu bildirilib.
Şəbnəm Mehdizadə
