Türkiyənin Mardin şəhərində kütləvi dava olub.
E-huquq.az “TRT haber”ə istinadən xəbər verir ki, iki qrup arasında baş verən insident zamanı 7 nəfər yaralanıb.
Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıb.
İlkin ehtimala görə, tərəflər arasında dava borca görə baş verib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Şəbnəm Mehdizadə
