ABŞ-ın Cənubi Karolina ştatında tək mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Federal Aviasiya Administrasiyası (FAA) məlumat yayıb.
Məlumata görə, "Piper PA-32" tipli təyyarə yerli vaxtla saat 11:00 radələrində çimərliyə getmək üçün havaya qalxıb. Havaya qalxdıqdan qısa müddət sonra təyyarənin bölgədəki qolf meydançası yaxınlığında qəzaya uğradığı bildirilib.
Təyyarənin yerə düşdükdən sonra alovlandığı qeyd olunub.
Şəbnəm Mehdizadə
