Türkiyənin Ankara şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, iki avtomobil toqquşduqdan sonra yolun kənarındakı maneələrə çırpılıb.
Hadisə nəticəsində 9 nəfər yaralanıb. Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
