Məzmuna keç

Türkiyədə İŞİD-ə qarşı əməliyyatda 7 nəfər saxlanılıb

Türkiyənin Adana şəhərində İŞİD terror təşkilatına qarşı aparılan istintaq çərçivəsində əməliyyat keçirilib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, əməliyyat zamanı 7 nəfər saxlanılıb.

Daha əvvəl Suriya və İraqda İŞİD-in tərkibində fəaliyyət göstərdiyi müəyyən edilən 7 şübhəli haqqında həbs qərarı verilib.

Üç şübhəlinin axtarışları davam edir.

Şəbnəm Mehdizadə