"Ukrayna qoşunları Baxmut istiqamətində hücumda müvəffəqiyyət qazanır".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının spikeri Andrey Kovalev deyib.
Onun sözlərinə görə, Baxmut şəhərinin şimalında və cənubunda müdafiə qüvvələri düşmənə təzyiq göstərməyə davam edir.
"Onların qismən uğurları var, əldə olunan xətlərdə möhkəmlənirlər", – Baş Qərargahın nümayəndəsi bildirib.
"Düşmən şiddətli müqavimət göstərir, böyük itkilər verir. Burada ağır döyüşlər davam edir. Bununla yanaşı, Ukrayna hərbçiləri Limansk, Avdeyevski və Maryinka istiqamətlərində Rusiya qüvvələrinin hücumunu dayandırmaqda davam edir", – o əlavə edib.
Şəbnəm Mehdizadə
