Məzmuna keç

Türkiyədə fabrikdə yanğın olub, 10 nəfər tüstüdən zəhərlənib

Türkiyənin Qaziantep şəhərində tibbi ləvazimatlar istehsal edən fabrikdə yanğın olub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində fabrikin 10 əməkdaşı tüstüdən zəhərlənib.

Zərərçəkmişlər xəstəxanaya yerləşdirilib.

Hazırda yanğının söndürülməsi istiqamətində zərurui və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Şəbnəm Mehdizadə