Türkiyənin Şanlıurfa şəhərində Suriyadan ölkəyə keçməyə cəhd edən terrorçu saxlanılıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, terrorçunun Suriyadan Türkiyəyə keçməyə cəhd edəcəyinə dair kəşfiyyat məlumatından sonra təhlükəsizlik qüvvələri sərhəd xəttində tədbirləri gücləndirib.
PKK/PYD üzvü olduğu müəyyən edilən terrorçu sərhəd xəttində yaxalanıb.
Hazırda saxlanılan şəxslə bağlı istintaq tədbirləri davam etdirilir.
Şəbnəm Mehdizadə
