Məzmuna keç

İki avtomobilin toqquşması nəticəsində 6 nəfər yaralanıb

Türkiyənin Aksaray şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Hadisə yerinə polis və təcili tibbi yardım qrupları çağırılıb.

Xəstəxanaya aparılan yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə