Məzmuna keç

Ukrayna aviasiyası Rusiya Silahlı Qüvvələrinin cəmləşdiyi ərazilərə 13 zərbə endirib

"Müdafiə Qüvvələrinin aviasiyası gün ərzində rus işğalçılarının şəxsi heyətinin toplandığı ərazilərə 13 zərbə endirib".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silhalı Qüvvələri Baş Qərargahının səhər xülasəsində bildirilib.

Məlumata görə, aviasiya qüvvələri Rusiyanın 3 zenit-raket kompleksi və komanda məntəqəsini məhv edib. Bundan başqa, 5 əməliyyat-taktiki səviyyəli kəşfiyyatçı PUA-nı məhv ediblər.

Öz növbəsində, raket qoşunları və artilleriya bölmələri də sutka ərzində rus əsgərlərinin canlı qüvvəsini, silah və hərbi texnikasının cəmləşdiyi ərazini, 4 döyüş sursatı anbarını, atəş mövqelərindəki 18 artilleriya silahını, 3 hava hücumundan müdafiə sistemini və 2 elektron döyüş məntəqəsini vurub.

Şəbnəm Mehdizadə