Türkiyənin Kocaeli şəhərində təkrar emal müəssisəsində güclü yanğın baş verib.
E-huquq.az Türkiyə mediasına istinadən xəbər verir ki, yanğın qısa müddətdə tullantı sahəsini tamamilə bürüyüb.
Əraziyə xeyli sayda yanğınsöndürən cəlb olunub. Təxminən 1 saat davam edən əməliyyat nəticəsində yanğın nəzarətə alınaraq söndürülüb.
Yanğın zamanı xəsarət alan olmayıb. Hadisə nəticəsində 500 ton təkrar emal tullantısına ziyan dəyib.
Hazırda yanğının hansı səbəbdən baş verməsi araşdırılır.
Şəbnəm Mehdizadə
