Türkiyənin İzmir şəhərində oteldə yanğın olub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Karşıyaka rayonunda 5 mərtəbəli otelin 2-ci mərtəbəsində baş verən yanğında 5 nəfər tüstüdən zəhərlənib.
Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadası cəlb olunub.
Oteldə olan şəxslər təxliyə edilib. Yanğın yanğınsöndürənlərin müdaxiləsi ilə söndürülüb.
Tüstüdən zəhərlənən 5 nəfər təcili yardımla Ege Universiteti Xəstəxanasına aparılıb.
Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
