Məzmuna keç

Türkiyə ordusu 2 PKK terroçusunu zərərsizləşdirdi

Türkiyə Silahlı Qüvvələri İraqın Şimalında 2 PKK terrorçusunu zərərsizləşdirib.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, "Pəncə-Kilid" əməliyyatı bölgəsində aparılan axtarış tədbirləri zamanı çoxlu sayda sursat ələ keçirilib.

"İraqın şimalında uğurla davam edən "Pəncə-Kilid" əməliyyatı ilə terrorçuların yuvalarını darmadağın edən qəhrəman Türkiyə Silahlı Qüvvələri 2 PKK terrorçusunu zərərsizləşdirib. Bölgədə həyata keçirilən axtarış əməliyyatında PKK-ya aid çoxlu sayda sursat ələ keçirilib", – deyə nazirliyin məlumatında qeyd olunub.

Şəbnəm Mehdizadə