Türkiyənin paytaxtı Ankarada təmizlik vasitələrinin istehsal edildiyi fabrikdə partlayış baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, partlayış nəticəsində 2 nəfər yaralanıb.
Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib.
İlkin ehtimala görə, partlayış fabrikdə kimyəvi reaksiya nəticəsində baş verib.
Şəbnəm Mehdizadə
