Məzmuna keç

Cənubi Afrikada vəbadan ölənlərinn sayı 47 nəfərə çatıb

Cənubi Afrika Respublikasında vəba epidemiyasında həyatını itirənlərin sayı 47-yə yüksəlib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Free State əyalətində daha 4 nəfər bu xəstəlikdən ölüb.

Nazirliyin açıqlamasında bildirilib ki, son bir neçə həftədə ölkə daxilində vəba hallarında azalma müşahidə olunur. 10 gündə cəmi 1 yoluxma qeydə alınıb.

Şəbnəm Mehdizadə