Məzmuna keç

Ukrayna SQ: “Ukrayna ordusu Baxmut ətrafında irəliləyiş əldə edib”

"Ukrayna Müdafiə Qüvvələri Baxmutun cənubuna və şimalına doğru irəliləyir, rus işğalçılarını əvvəllər ələ keçirdikləri xətlərdən sıxışdırıb çıxarır".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının spikeri Andrey Kovalyov deyib.

Onun sözlərinə görə, Ukrayna ordusu Melitopol, Berdyansk və Baxmut istiqamətlərində hücum əməliyyatlarını davam etdirir.

"Baxmut şəhərinin şimalında və cənubunda düşmənə təzyiqlər davam edir, bəzi yerlərdə irəliləyiş var. Rus işğalçıları Ukrayna Silahlı Qüvvələrinin hücum hərəkətlərinə güclü müqavimət göstərir və bunun üçün ehtiyatlardan fəal istifadə edirlər. İndi düşmənin xeyli itki verdiyi bu istiqamətdə ağır döyüşlər davam edir. Ukrayna hərbçiləri Limansk, Avdeyevski və Maryinka istiqamətlərində işğalçıların hücumunu dayandırmaqda davam edir", – deyə Kovalyov bildirib.

Şəbnəm Mehdizadə