Məzmuna keç

Baş Qərargah: “Ukrayna aviasiyası son sutkada rus hərbçilərinin cəmləşdiyi ərazilərə 13 zərbə endirib”

"Müdafiə qüvvələrinin aviasiyası gün ərzində işğalçıların şəxsi heyətinin cəmləşdiyi ərazilərə 13 zərbə endirib".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qevvələri Baş Qərargahının məlumatında deyilir.

Bildirilir ki, rusların zenit-raket kompleksini məhv edilib. Bundan əlavə, raket qoşunları və artilleriya bölmələri işğalçıların canlı qüvvə, silah və hərbi texnikasının cəmləşdiyi bir ərazini vurub.

Həmçinin, 4 komanda məntəqəsi, 1 sursat anbarı, atəş mövqelərində olan 8 artilleriya silahı, 2 hava hücumundan müdafiə sistemi, 1 radiolokasiya stansiyası və 4 elektron döyüş stansiyası məhv edilib.

Şəbnəm Mehdizadə