Məzmuna keç

Türkiyədə əlbəyaxa davada polis əməkdaşı bıçaqlandı

Türkiyənin Şanlıurfa şəhərində qohumlar arasında baş verən davada 3 nəfər bıçaqlanıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xəsarət alanlardan biri davaya görə hadisə yerinə çağırılan polis əməkdaşıdır.

Yaralılar təcili tibbi yardımla şəhərin müxtəlif xəstəxanalarına çatdırıb. Yaralıların səhhəti qənaətbəxşdir.

Hadisə ilə bağlı 4 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Şəbnəm Mehdizadə