Məzmuna keç

İranda son 3 ayda Krım-Konqo hemorragik qızdırmasından 3 nəfər ölüb

İranda son 3 ayda Krım-Konqo hemorragik qızdırması xəstəliyindən 3 nəfər dünyasını dəyişib.

E-huquq.az "İSNA"ya istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin İnsanlar və Heyvanlar Arasında Yoluxucu Xəstəliklərlə Mübarizə İdarəsinin rəisi Məhəmməd Rza Şirzadi məlumat verib.

Onun sözlərinə görə, son 3 ayda ümumilikdə 28 nəfər bu xəstəliyə yoluxub.

Xəstəliyin əlamətləri arasında qızdırma, baş ağrısı və mədə-bağırsaq simptomlarının olduğunu qeyd edən Şirzadi, gənə ilə ötürülən xəstəliyin heyvanlardan da keçə biləcəyini xatırladıb.

"İribuynuzlu mal-qaranın əti istehlakdan əvvəl 24 saat 4 dərəcə istilikdə saxlanılmalıdır. Sonra yaxşıca bişirilərək istehlak edilməlidir" – deyə o bildirib.

Şəbnəm Mehdizadə