Böyük Britaniyanın paytaxtı Londonda avtomobilin ibtidai məktəb binasına çırpılması nəticəsində 9 nəfər xəsarət alıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, yaralananlardan 7-nin uşaq olduğu bildirilir.
Hadisə yerinə təcili tibbi yardım briqadası və xilasedicilər cəlb olunub.
Polis hadisənin terror aktı olmasını istisna edib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qəzanın baş verdiyi məktəbdə qızlar təhsil alır.
Şəbnəm Mehdizadə
