ABŞ-ın Nyu-Cersi ştatının Nyuark şəhərində yerləşən limanda gəmidə baş verən yanğın zamanı 2 nəfər ölüb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, şəhər meri Ras Baraka jurnalistlərə açıqlamasında yanğının söndürülməsi zamanı 2 yanğınsöndürənin həlak olduğunu, 5 nəfərin isə yaralandığını deyib.
Yanğınsöndürmə xidmətinin rəisi Stevin Makqil xəsarət alanların müalicəsinin davam etdirildiyini bildirib.
Rəsmilər ABŞ və Afrika arasında nəqliyyat vasitələri daşıyan İtaliya bayraqlı gəmidəki yanğının dünən gecə yarısı baş verdiyi və səhərə qədər söndürülə bilmədiyini qeyd ediblər.

Şəbnəm Mehdizadə
