Məzmuna keç

İspaniyada güclü daşqınlar baş verib

İspaniyanın Saraqosa şəhərində güclü daşqınlar baş verib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, gün ərzində yağan və axşam saatlarında şiddətlənən leysan yağışları daşqınlara səbəb olub.

Çox sayda insan köməksiz vəziyyətdə qalıb, avtomobilləri sel aparıb.

Barselona ilə Saraqosa arasında qatarların hərəkəti bir müddət dayandırılıb, bir çox ev və iş yerləri su altında qalıb. Şəhərdə nəqliyyat iflic olub.

Hələlik daşqın nəticəsində ölən və yaralananların olmadığı bildirilir.

Şəbnəm Mehdizadə