Məzmuna keç

Traktor avtomobillə toqquşub, ölənlər və yaralılar var

Türkiyənin Afyonkarahisar şəhərində ağır yol qəzası olub.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, traktorla minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər həyatını itirib, 5 nəfər yaralanıb.

Hadisə yerinə polis və təcili yardım çağırılıb. Yaralılar xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə