Tayvanda havanın temperaturunun artması ilə bağlı əhaliyə xəbərdarlıq edilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Meteorologiya Bürosu temperaturun 38 dərəcəni keçdiyini açıqlayıb.
Taoyuan şəhərinin şimalındakı ərazilərdə temperaturun 40 dərəcəyə çatacağı gözlənilir.
Tayvan Səhiyyə Nazirliyindən verilən açıqlamada, son bir həftədə 160 nəfərin isti hava ilə əlaqədar xəstəxanaya yerləşdirildiyi bildirilib. Rəsmilər xəstələnənlərin sayının 2019-cu ildən bəri ilk dəfə bu qədər artdığını bildiriblər.
İstilər səbəbindən Tayvan Meteorologiya Bürosu əhaliyə bol su içməyi, günəşdən qoruyucu vasitələrdən istifadə etməyi və qoruyucu geyim geyinməyi tövsiyə edib. Yaşlılara, ürək xəstələrinə və uşaqlara günorta saatlarında küçəyə çıxmamaq barədə xəbərdarlıq edilib.
Şəbnəm Mehdizadə
