Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Co Bayden arasında telefon danışığı olub.
E-huquq.az-ın məlumatına görə, bu barədə Türkiyə prezident administrasiyasından bildiriblər.
Məlumata əsasən, söhbət zamanı Ukrayna və İsveçin NATO-ya üzvlüyü, F-16 qırıcılarının tədarükü və Türkiyənin Avropa İttifaqına tamhüquqlu üzvlüyü prosesi müzakirə edilib.
