Türkiyə Silahlı Qüvvələri İraqın Şimalında daha bir PKK terrorçusunu zərərsizləşdirib.
E-huquq.az bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Məumata görə, İraqın şimalında yerləşən Zap bölgəsində axtarış fəaliyyətləri həyata keçirən Türkiyə Silahlı Qüvvələri ərazidə yerləşən mağarada terrorçuların olduğunu müəyyən edib.
“Təslim olun” çağırışlarına atəşlə cavab verildikdən sonra terrorçu gizləndiyi mağarada zərərsizləşdirilib.
Terrorçunun “Batman Serzan Mava” kod adlı Ferit Yüksel olduğu müəyyən edilib.
Onun terror təşkilatının bölgədəki kritik kommunikasiyalara görə məsuliyyət daşıdığı da məlum olub.

Şəbnəm Mehdizadə
