Türkiyənin paytaxtı Ankarada İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatda 22 əcnəbi saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Terrorla Mübarizə və Kəşfiyyat Şöbəsi tərəfindən münaqişə bölgələrindəki İŞİD üzvləri ilə əlaqədə olduqları və bir qisminin əvvəlki illərdə təşkilatın daxilində fəaliyyət göstərdikləri müəyyən edilən 27 xarici ölkə vətədanşadına qarşı əməliyyat keçirilib.
Müxtəlif ünvanlarda eyni vaxtda keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslərdən 22-i saxlanılıb. Digər şübhəlilərin tutulması üçün tədbirlər davam etdirilir.
Kəşfiyyat məlumatları və təhlillər nəticəsində "xarici terrorçu döyüşçü" kateqoriyasında qiymətləndirilən şübhəlilərin istintaqdan sonra deportasiya edilmək üçün Miqrasiya İdarəsinə təhvil veriləcəyi gözlənilir.
Şəbnəm Mehdizadə
