Məzmuna keç

Türkiyədə 29 qanunsuz miqrant saxlanılıb

Türkiyənin Kırklareli şəhərində ölkəyə qeyri-qanuni yollarla daxil olduğu müəyyən edilən 29 miqrant saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Kofçaz və Babaeski rayonları vasitəsilə Bolqarıstana gediş-gəlişin təmin edildiyi Dereköy Sərhəd Qapısı yaxınlığında əcnəbi vətəndaşların olması barədə xəbərdarlıqdan sonra hüquq-mühafizə orqanları hərəkətə keçib.

Komandalar təyin olunmuş ərazilərdə Əfqanıstan, İraq və Pakistandan olan 29 qeyri-qanuni miqrantı yaxalayıb.

Xarici vətəndaşlar lazımi prosedurlar həyata keçirildikdən sonra ardından Pehlivanköy Deportasiya Mərkəzinə təhvil verilib.

Şəbnəm Mehdizadə