Məzmuna keç

Ukrayna Baş Qərargahı şiddətli döyüşlərin getdiyi istiqamətləri açıqladı

"Ukrayna Müdafiə Qüvvələri Melitopol və Berdyansk istiqamətlərində irəliləməyə davam edir".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı "Facebook" səhifəsində bildirib.

"Rus işğalçıları əsas səylərini Limansk, Baxmut, Avdeyevski və Maryinka istiqamətlərinə yönəltməkdə davam edirlər. Şiddətli döyüşlər davam edir, gün ərzində 30-a yaxın toqquşma olub. Düşmən Baxmut istiqamətində irəliləyərək mövqelərimizi aviasiya və artilleriyadan intensiv atəşə tutub, lakin əsgərlərimiz Donetsk vilayətinin Dubovo-Vasilyevka qəsəbəsi ərazisində düşmənin hücumlarını dəf edib. Düşmən Aleksandro-Şultino və Severnoye yaşayış məntəqələri ərazilərinə də aviazərbələr endirib. 15-dən çox yaşayış məntəqəsi düşmənin artilleriya atəşinə məruz qalıb", – məlumatda qeyd olunub.

Şəbnəm Mehdizadə