Məzmuna keç

Hindistanda daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 28-ə çatıb

Hindistanda güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 28-ə çatıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin şimalında bir çox bölgədə güclü yağış və külək təsirini davam etdirir.

Himaçal Pradeşdə aparılan axtarış-xilasetmə işləri zamanı indiyə qədər 27 nəfərin xilas edildiyi bildirilib.

Rəsmilər vətəndaşlara 24 saat evdə qalmaları barədə xəbərdarlıq edib.

Əlverişsiz hava şəraiti nəqliyyata təsir göstərdiyi üçün məktəblər bağlanıb.

Şəbnəm Mehdizadə