Fransada havanın temperaturunun artması ilə əlaqədar 7 əyalətdə “narıncı” həyəcan siqnalı verilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fransa Meteorologiya İdarəsi məlumat yayıb.
25 əyalətdə isə “sarı” həyəcan siqnalının verildiyi bildirilib.
Bildirilib ki, ölkənin cənubunda yerləşən Provans-Alp-Kot-d'Azur bölgəsində havanın temperaturu 37-40 dərəcə, Auvern-Rhone-Alp bölgəsində isə 35-38 dərəcə isti təşkil edəcək.
Gecə saatlarında bu rayonlarda və Aralıq dənizinə yaxın yerlərdə havanın 20 dərəcədən yuxarı olacağı qeyd edilib.
Xüsusilə Lion və cənub-şərq bölgəsinə daha çox təsir edən temperaturun çərşənbə günündən etibarən azalacağı gözlənilir.
Şəbnəm Mehdizadə
