Ekvadorun Manabi şəhərindəki "El Rodeo" həbsxanasında 4 məhbusun cəsədi tapılıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalardan sonra həmin məhbusların qətlə yetirildiyi məlum olub.
Öldürülən şəxslərin bir müddət əvvəl saxlanılaraq terror ittihamı ilə mühakimə olunduğu açıqlanıb.
Faktla bağlı araşdırmalara başlanlıb.
Qeyd edək ki, Ekvadorda 2021-ci ilin fevral ayından bugünədək həbsxanalarda narkotacirlər arasında baş verən qarşıdurmalar da daxil olmaqla 430-dan çox məhbus həlak olub.
Şəbnəm Mehdizadə
