Yaponiyada şiddətli yağışlar nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Bildirilib ki, həftə sonundan bəri ölkənin cənub-qərb əyalətlərində leysan yağışları davam edir. Torpaq sürüşməsi və daşqınların baş verə biləcəyini nəzərə alaraq bölgədən on minlərlə insanın təxliyəsi tələb olunur.
Leysan nəticəsində itkin düşən 3 nəfərin axtarışları davam etdirilir.
Təbii fəlakətlə əlaqədar ölkənin Baş naziri Kişida Fumio təbii fəlakətlərin idarə olunması naziri Yani Koiçi ilə görüşüb.Görüş zamanı mövcud vəziyyət müzakirə olunub.
Şəbnəm Mehdizadə
