Məzmuna keç

BMT: 2030-cu ilədək 575 milyon insan yoxsulluqla mübarizə aparacaq

2030-cu ilə qədər dünyada 575 milyon insan həddindən artıq yoxsulluqla mübarizə aparacaq.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) yaydığı hesabatda bildirilir.

Hesabatda 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində riskə, o cümlədən “sıfır aclıq”a diqqət çəkilib və qarşıya qoyulan 140 hədəfin yalnız 15 faizinin reallaşa bildiyi qeyd olunub.

Həmçinin bildirilib ki, 84 milyon uşağın məktəbə gedə bilməyəcəyi proqnozlaşdırılır.

BMT-nin Baş katibi Antonio Quterreş hesabatın ön sözündə "Əgər indi hərəkətə keçməsək, 2030-cu il gündəmimiz bütün dünya üçün məzar daşı olaraq qalacaq. Bu prosesdə irəliləyiş əldə edilməməsi bərabərsizliklərin dərinləşməsi və parçalanmış bir dünya riskinin artması anlamına gələ bilər" deyə xəbərdarlıq edib.

BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua isə Ukraynadakı müharibə, iqlim dəyişikliyi, COVID-19 pandemiyasının qalıcı təsirləri və bu pandemiyanın inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatına təsiri, müharibələrin və s. 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Məqsədlərinə çatmağa mane olduqlarını vurğulayıb.

Şəbnəm Mehdizadə