Məzmuna keç

Türkiyədə hərbçiləri daşıyan avtobus qəzaya düşdü, ölən və yaralılar var

Türkiyənin Van şəhərində hərbçiləri daşıyan avtobus minik avtomobili ilə toqquşub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, qəzada 1 nəfər həlak olub, 12 əsgər yaralanıb

Yaralılar xəstəxanaya aparılıb.

Gürpınar Bələdiyyə Başçısı Hayrullah Tanış da hadisə yerinə gedərək qəza barədə məlumat alıb.

Ərazidə nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

Şəbnəm Mehdizadə