Türkiyənin Ədirnə şəhərində binanın 5-ci mərtəbəsindən yıxılan vəkil həyatını itirib.
E-huquq.az Türkiyə mətbuatıına istinadən xəbər verir ki, Ədirnə Vəkillər Kollegiyasının üzvü olan Ünal Eral iş otağında pəncərəni açarkən müvazinətini itirərək yerə yıxılaraq dünyasını dəyişib.
Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Həkimlər Ünal Eralın hadisə yerində öldüyünü müəyyən edib.
Eralın cəsədi ekspertizaya göndərilib.
Vəkilin iki övladı olduğu və həyat yoldaşından boşandığı bildirilib.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Şəbnəm Mehdizadə
