Məzmuna keç

Maşın dərəyə aşdı, 8 nəfər yaralandı

Türkiyənin Diyarbəkir şəhərində avtomobilin dərəyə aşması nəticəsində 8 nəfər ağır yaralanıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində xəsarət alanlardan 2-si uşaqdır.

Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyəti ağır qiymətləndirilir.

Xəsarət alanlardan 4-nün şəxsiyyəti hələllik məlum deyil.

Faktla bağlı araşdırma başlanılıb.

Şəbnəm Mehdizadə