Məzmuna keç

Yunanıstanda yüksək hava temperaturu ilə bağlı xəbərdarlıq edilib

Yunanıstanın Əmək Nazirliyi gözlənilən həddindən artıq yüksək temperatur səbəbilə işəgötürənlərə müraciət edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bazar gününə kimi hava temperaturunun yüksək olacağı saat 12:00-17:00 saatlarında xüsusilə ağır iş şəraitində çalışanların mümkün qədər işə cəlb olunmaması tövsiyə olunub.

Qeyd edək ki, Meteorologiya Departamentinin məlumatına görə, paytaxt Afinada temperaturun cümə axşamı 40 dərəcəyə, şənbə günü isə 44 dərəcəyə çatacağı gözlənilir. Ölkənin hər yerində hökm sürəcək “CLEON” adlı isti hava dalğasına qarşı vətəndaşlara xəbərdarlıq edilib.

Şəbnəm Mehdizadə