İran 18 minə yaxın qeyri-qanuni əfqan miqrantı deportasiya edib.
E-huquq.az "Mehr" xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Xorasan Rezevi vilayətinin Polis İdarəsinin rəisi Məcid Şoca məlumat verib.
Onun sözlərinə görə, son 10 gündə ölkənin müxtəlif bölgələrində sərhədçilər və polis əməkdaşları tərəfindən aşkarlanan 17 min 926 qeyri-qanuni əfqan mühacir deportasiya edilib.
Şoca bildirib ki, miqrantlar Doğarun Sərhəd Qapısı vasitəsilə Əfqanıstana geri qaytarılıb.
İranın daxili işlər naziri Əhməd Vahidi ölkədəki əfqan mühacirlərin sayının 5 milyondan çox olduğunu bildirib. O, əfqan mühacirlərin ölkənin təhlükəsizliyi üçün problem yaratdığına dair hər hansı məlumat olmadığını deyib.
Şəbnəm Mehdizadə
