Pakistanın Pəncab əyalətində leysan yağışlar nəticəsində 40 kənd sel suları altında qalıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Cenap çayının daşmasına görə ətraf kəndlərdə əhali təxliyyə olunub.
Daşqından əvvəl əhalinin təxliyyə olunması insan itkisinin qarşısını alıb.
Okara, Pakpattan, Bahavalnaqar və Vəzirabad bölgələrində daşqınlara görə "qırmızı" həyəcan siqnalı verilib.
Həmçinin Cenap çayı yaxınlığındakı rayonlarda baş verə biləcək daşqınların qarşısının alınması üçün lazımi tədbirlərin görüldüyü bildirilib.
Pakistan Meteorologiya İdarəsi bu gündən iyulun 17-dək ölkənin yuxarı və orta hissələrində güclü musson yağışlarının olacağı barədə xəbərdarlıq edib.
Şəbnəm Mehdizadə
