Məzmuna keç

Türkiyədə zəncirvari qəzada 14 nəfər yaralandı

Türkiyədə 6 nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Anadolu şossesinin Düzce rayonundan keçən hissəsində qeydə alınıb.

Sərnişin avtobusu və 5 minik avtomobilinin toquuşması nəticəsində 5-i uşaq olmaqla 14 nəfər xəsarət alıb. Avtomobillərdə sıxılmış vəziyyətdə qalan yaralıların bir qismi xilas edilərək tibb işçilərinə təhvil verilib.

Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb.

Şəbnəm Mehdizadə