Məzmuna keç

Türkiyədə 18 miqrant qaçaqmalçısı saxlanılıb

Türkiyədə beynəlxalq mütəşəkkil cinayətkar təşkilatlara qarşı əməliyyat keçirilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "Twitter" hesabında yazıb.

Onun sözlərinə görə, PUA-ların dəstəyi ilə 2 ayrı şəhərdə təşkil edilən əməliyyatlarda 18 miqrant qaçaqmalçısı saxlanılıb.

Hazırda saxlanılan şəxslərlə bağlı istintaq tədbirləri davam etdirilir.

"Əməliyyatı həyata keçirən komandalarımızı təbrik edirik. Qanunsuz miqrant qaçaqmalçıları ilə mübarizəmiz davam edəcək", – deyə nazir qeyd edib.

Şəbnəm Mehdizadə