Nigeriyada ərzaq təhlükəsizliyini təmin etmək üçün fövqəladə vəziyyət elan edilib.
E-huquq.az xarici mediaya istinadən xəbər verir ki, Nigeriya prezidenti Bola Əhməd Tinubu bununla bağlı bütün aidiyyəti dövlət qurumlarına tapşırıq verib.
Prezident, xüsusilə də Kənd Təsərrüfatı və Su Təsərrüfatı nazirliklərinə ərzaq istehsalı və qiymətlərini münasib səviyyədə saxlamağı tapşırıb.
O, ərzaq qiymətlərini mütəmadi olaraq izləmək və tənzimləmək üçün Milli Əsas Ehtiyac Məhsulları Şurası yaratmağa qərar verib.
Ölkədə İl boyu kənd təsərrüfatı məhsullarının istehsalının artırılması və fermerlərin təhlükəsizliyinin təmin edilməsi üçün təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçiriləcək.
Şəbnəm Mehdizadə
