Məzmuna keç

Polkovnik: “Milli Qvardiya Avdiivka istiqamətində hücumu genişləndirməyə hazırlaşır”

"Ukrayna Milli Qvardiyasının bölmələri Avdiivka istiqamətində hücumu genişləndirməyə hazırlaşır".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Milli Qvardiyanın Baş İdarəsinin Tətbiqinin Planlaşdırılması Departamentinin direktor müavini, polkovnik Nikolay Urşaloviç deyib.

"Düşmən bu istiqamətdə hücum edir, lakin milli qvardiyaçılar son bir həftə ərzində mövqelərin itkisinə imkan verməyiblər. Milli Qvardiyanın bölmələri təşəbbüsü ələ alır və hücum əməliyyatlarının davam etdirilməsi və genişləndirilməsi üçün zəmin hazırlayır", – deyə o bildirib.

Bundan əlavə, Urşaloviçin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Melitopol istiqamətində son bir həftə ərzində 1,7 km irəliləyib.

Şəbnəm Mehdizadə