Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi "Pəncə-Kilid” əməliyyat bölgəsində xeyli silah-sursat ələ keçirilib.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, bölgədə axtarış-təmizləmə əməliyyatı həyata keçirib.
Axtarışlar zamanı PKK terrorçularına məxsus 3 ədəd M-16 piyada tüfəngi, 2 ədəd AK-47 piyada tüfəngi, 12,7 millimetrlik snayper tüfəngi, 2 əl qumbarası, 45 əl radiosu, 4 ədəd dolu patron darağı, 2 ədəd silah binoklı, 2 ədəd kamera aşkar edilib. Həmçinin müxtəlif materiallar ələ keçirilib.
Aşkarlanan silah və sursat yararsız hala salınıb.
Şəbnəm Mehdizadə
