Məzmuna keç

Antalyada havanın temperaturu 46 dərəcəyə yüksəlib

Türkiyənin turizm şəhəri olan Antalyada havanın temperaturu 46 dərəcəyə çatıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, həddindən artıq istilər səbəbindən küçələrdə və çimərliklərdə sıxlıq azalıb.

Yerli və xarici turistlərin bir qismi sərinləmək üçün Lara və Konyaaltı çimərliyinə üstünlük verib, digərləri isə yaşıllıqlarda, çay bağlarında, parklarda və kölgəliklərdə vaxt keçirib.

Bəzi vətəndaşlar günəşdən qorunmaq üçün çətirlərdən də istifadə ediblər.

Qeyd edək ki, Meteorologiya Baş İdarəsi temperaturun artacağı barədə xəbərdarlıq etmişdi.

Şəbnəm Mehdizadə