Məzmuna keç

Ali Yerlikaya və İbrahim Yumaklı Türkiyədəki yanğın bölgələrinə gedib

Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya və Kənd Təsərrüfatı və Meşə naziri İbrahim Yumaklı yanğın baş verən bölgələrinə gedib.

E-huquq.az xəbər verir ki, nazirlər Hatayın Belen rayonundakı yanğının söndürülməsini izləyiblər.

Xatırladaq ki, bu gün Türkiyənin müxtəlif bölgələrində meşə yanğınları baş verib.

Yanğınsöndürmə qrupları baş verən yanğınlara müdaxilə etməyə davam edir.