Məzmuna keç

İstanbulda mədəniyyət mərkəzində yanğın başlayıb

Türkiyənin İstanbul şəhərinin Esenyurt rayonunda mədəniyyət mərkəzində yanğın baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Şəhid Erol Olçok adına Mədəniyyət Mərkəzində başlayan yanğın getdikcə şiddətlənməyə başlayıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən göndərilib.

Yanğının söndürülməsi istiqamətində təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Yanğınının hansı səbəbdən baş verməsi isə hələlik məlum deyil.

Şəbnəm Mehdizadə