Məzmuna keç

Meksikada 4 alpinist dağdan yıxılaraq ölüb

Meksikanın ən yüksək dağı Piko de Orizabaya qalxan 4 alpinist həlak olub.

E-huquq.az xəbər verir ki, bu barədə Puebla ştatının Mülki Müdafiə İdarəsi məlumat yayıb.

Bildirilib ki, 5 675 metr yüksəklikdəki dağa qalxan alpinistlər yıxılaraq həlak olub.

Qeyd edək ki, Piko de Orizaba dağına qalxmağa çalışan alpinistlər tez-tez qəzaların qurbanı olurlar. 2015-ci ildə axtarış-xilasetmə qrupları 1959-cu ildə qar uçqunu nəticəsində itmiş 3 nəfərin qarda basdırılmış cəsədini tapıb. 2017-ci ildə isə Piko de Orizabada bir ABŞ vətəndaşı həyatını itirib. ABŞ-ın Mexikodakı səfirliyi 2018-ci ildə diplomatik missiyanın üzvünün dağa qalxarkən öldüyünü açıqlamışdı.

Şəbnəm Mehdizadə