Məzmuna keç

Vaşinqtonda meşə yanğınlarında 1 nəfər ölüb

ABŞ-ın Vaşinqton ştatında meşə yanğını baş verib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Spokane şəhəri yaxınlığında ötən cümə günü başlayan meşə yanğınları davam edir.

Vaşinqton ştatının Təbii Sərvətlər Departamenti yanğınların quru ot və buğda tarlalarında başladığını bildirib. Yanğın zamanı 1 nəfər həyatını itirib, 8 min 90 hektar ərazi məhv olub, əksəriyyəti ev olmaqla 200 bina yanıb.

Rəsmilər bildirir ki, yanğınsöndürmə qrupları alovla mübarizəni davam etdirir. Vaşinqton qubernatoru Cey İnsli yanğınlarla əlaqədar fövqəladə vəziyyət elan edib. Bölgədə yaşayan minlərlə insan təxliyə edilərək sığınacaqlara yerləşdirilib.

Hadisə şahidləri bildiriblər ki, yanğınlar qəfil başlayıb və çox sürətlə yayılıb.

Şəbnəm Mehdizadə